Uyğur soyqırımından dəhşətli faktlar: Sanksiyalar gözlənilir
20 yanvar 2021 14:01 (UTC +04:00)

Uyğur soyqırımından dəhşətli faktlar: Sanksiyalar gözlənilir

ABŞ Xarici İşlər naziri Mayk Pompeo Çinin uyğurlara qarşı soyqırım etməsi barədə yazılı açıqlama verib.

Lent.az xarici mediaya istinadən bildirir ki, Pompeo açıqlamasında Çinin ölkədə yaşayan digər milli və dini azlıqlar kimi Sincan vilayətində müsəlman uyğurları da tamamilə yox etmək niyyətində olduğunu sübut etdiyini açıqlayıb. Belə ki, nazirin sözlərinə görə, Çin Kommunist Partiyasının liderləri əyləncə məqsədilə 1 milyon uyğuru həbs edib və onlara ən ağır işgəncələr verir. Bundan əlavə, 2017-ci il mart ayından bəri uyğur qadınlar zorla sterilizasiya və aborta məruz qalır, digər millətlərdən olan kişilərlə evləndirilir, uyğur uşaqlar isə ailələrinin əlindən alınır.

Mayk Pompeo, həmçinin, bildirib ki, dünyanın iqtisadi, hərbi və siyasi gücünə görə ikinci ölkəsi olan Çin hökuməti törətdiyi bu cinayətlərlə açıq-aşkar etnik qrup olan uyğurları zorla assimilyasiyaya məruz qoyaraq, yer üzündən silinməsinə çalışır:

“Uyğurlara qarşı edilən bütün soyqırım faktlarını toplayaraq tədbir görülməsi üçün lazımi ünvanlara çatdıracağıq. Baş verənlərə görə, Çin Kommunist Partiyası liderlərinə və dövlət şirkətlərinə sanksiya tətbiq etməyi düşünürük. Buna səssiz qalmaq olmaz. Çin hökumətinin öz xalqına qarşı faciələri nəzərə alaraq, gələcəkdə azad dünyaya hansı işgəncələr verəcəyini düşünün”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5901
avatar

Mehman Nəbiyev

Oxşar yazılar