Ukraynada Rusiya ordusunun 2 alay komandiri  ÖLDÜRÜLDÜ
09 mart 2022 12:12 (UTC +04:00)

Ukraynada Rusiya ordusunun 2 alay komandiri ÖLDÜRÜLDÜ

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar zamanı 2 alay komandiri öldürülüb. 

Lent.az xəbər verir ki, Rusiyanın Volqoqrad şəhərinin xəbər saytları hərbi əməliyyatların gedişində 33-cü motoatıcı alayın komandiri, polkovnik-leytenant Yuri Aqarkovun öldürüldüyünü yazıb. 

Onun Ukraynada öldürülməsi barədə Pskov vilayətinin qubernatoru Yuri Vedernikov məlumat yayıb.

Y. Vedernikov Y. Aqarkovla yanaşı, daha bir zabitin həlak olduğunu bildirsə də, hadisənin təfərrüatını açıqlamayıb. 

Y. Aqarkov əvvəl Volqoqrad vilayətinin Kamışin şəhərində yerləşən desant alayında qərargah rəisi olub.

Bundan başqa, digər alayın komandiri Konstantin Zizevski də öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Fidan İlqar

Oxşar yazılar