Türkiyədə 4,7 maqnitudalı zəlzələ oldu
18 aprel 2024 03:15 (UTC +04:00)

Türkiyədə 4,7 maqnitudalı zəlzələ oldu

Türkiyənin Tokat şəhərində 4,7 maqnitualı zəlzələ olub.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Hadisə Sulusaray rayonunda baş verib.

Zəlzələnin ocağı 9,97 kilometr dərinlikdə yerləşib. Hadisə yerli vaxtla 01:06-da (Bakı vaxtı ilə 02:06) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715
avatar

Oxşar yazılar