Braziliyanın Baiya ştatının Teyşeyra-de-Freytas şəhəri yaxınlığında turist avtobusu aşıb, 9 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
Bildirilib ki, qəzada daha 23 nəfər yaralnıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisənin səbəbləri araşdırılır.