Trampdan Harvard Universitetinə zərbə - 2,7 milyon dollarlıq qrantı ləğv edildi
17 aprel 2025 07:23 (UTC +04:00)

Trampdan Harvard Universitetinə zərbə - 2,7 milyon dollarlıq qrantı ləğv edildi

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Harvard Universitetinə ümumi dəyəri 2,7 milyon dollardan çox olan iki qrantı ləğv edib.

Lent.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı sənəddə deyilir.

"Bu gün ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem nazirliyin Harvard Universitetinə ümumi məbləği 2,7 milyon dollardan çox olan iki qrantının ləğv edildiyini açıqladı", - sənəddə deyilir.

Bu addımların ABŞ prezidenti Donald Trampın Harvard Universitetinə ayrılan 2,2 milyard dollarlıq federal maliyyəni dondurmaq qərarından və institutun vergidən azad statusunun nəzərdən keçirilməsi təklifindən sonra atıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar