ABŞ prezidenti Donald Tramp ordunun Yəməndəki husilərə zərbələri ilə əlaqədar məlumatların sızmasına görə milli təhlükəsizlik komandasından kimisə qovmaq fikrində deyil.
Lent.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Devid Vens Qrenlandiyada yerləşən hərbi bazada açıqlama verərkən bildirib.
"Əgər ABŞ prezidentinin kimisə işdən çıxaracağını düşünürsənsə, problemlə üzləşirsən. Prezident Tramp dedi və mən, vitse-prezident də deyirəm: Biz bütün milli təhlükəsizlik komandamızın yanındayıq", - o bildirib.