Meksikada Sinalo kartelini idarə edən Ovidio Quzman toyunda səhnəyə çıxmayan müğənnini öldürüb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Meksikanın məşhur aktrisa və ifaçısı 42 yaşlı Tania Mendoza 11 yaşlı oğlunun gözü önündə qətlə yetirilib.
Hadisə mərhum Mendozanın futbol akademiyasının çıxışında oğlunu gözləyərkən baş verib. Quzmanın adamlarından biri motosikletlə keçərkən qadını güllələyib.
Meksika mediası xəbər verir ki, Quzmanın ölüm əmri verdiyi başqa müğənnilər də olub. Səbəb isə həmin ifaçıların toyunda səhnəyə çıxma təklifini rədd etməsidir.
Qeyd edək ki, Ovidio Quzman ömürlük həbs edilən El Çaponun oğullarından biridir.