Toya gecikən dostlar bəyi məhkəməyə verdilər
30 iyun 2022 19:56 (UTC +04:00)

Toya gecikən dostlar bəyi məhkəməyə verdilər

Hindistanın Hardvar şəhərində toy kortejinə gecikən dostlar bəyi məhkəməyə veriblər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, məhkəmədə bəyin dostları ondan pul təzminatı tələb ediblər. Ravi adlı bəy üçün paylanan dəvətnamələrdə toy kortejinin saat 17:00-da başlayacağı bildirilirdi.

Ancaq bəyin dostları qeyd olunan vaxtda məkana gəlsələr də, artıq bəyin kortejlə getdiyini görüblər. Bəydən buna görə tutarlı cavab ala bilməyiblər. Bu səbəblə onu məhkəməyə verərək, 500 min rupi ( təxminən 10 min 800 manat) civarında təzminat və onlardan üzr istəmələrini tələb ediblər.

# 1806
avatar

Oxşar yazılar