Almaniyada 22 yaşlı gənc 18 yaşlı tələbəni qaçıraraq təcavüz edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, cütlük ssoial şəbəkədə tanış olub və messencer vasitəsilə əlaqə saxlayıb. 18 yaşlı tələbə yeni tanışını Berlinə çağırıb və onlar qızın mənzilində vaxt keçiriblər.
Bu zaman qonaq tapançasını çıxarıb və onu öldürməklə hədələyib. Daha sonra tələbəni mənzildən çıxarıb maşınına itələyərək mindirib və Qara Meşə ərazisinə aparıb. Qızın ailəsi onun yoxa çıxmasından cəmi 3 gün sonra polisə müraciət edib.
Polis cinayətkarı tapmağa müvəffəq olub, tələbə isə evində tapılıb. Məlum olub ki, 22 yaşlı oğlan qızı bağlayıb və bir neçə gün zorlayıb.