Tbilisidə “xarici təsir” qanunu əleyhinə aksiya keçirən etirazçılar Respublika meydanından parlament binasına yürüş ediblər.
Lent.az APA-ya istinadən xəbər verir ki, hazırda parlament binasının ətrafında vəziyyət gərgindir.
Binanın girişlərinin təhlükəsizliyi gücləndirilib. Etirazçılardan bəziləri hakim “Gürcü Arzusu” partiyasının sabah parlament binasının qarşısında keçiriləcək mitinqi ilə əlaqədar quraşdırılmış səhnəni tutmağa çalışıblar.
Nəticədə polislə etirazçılar arasında qarşıdurma olub, polis bibər qazından istifadə edib.
Bu dəqiqələrdə əraziyə xüsusi təyinatlı polis dəstələri və su şırnağı səfərbər edilib.