Sürücülük imtahanına öz maşını ilə gəldi:  SAXLANILDI
24 noyabr 2021 23:14 (UTC +04:00)

Sürücülük imtahanına öz maşını ilə gəldi: SAXLANILDI

Almaniyada bir kişinin sürücülük vəsiqəsi almaq üçün imtahana öz maşını ilə getməsi gündəm olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı kişinin imtahana öz maşını ilə gəldiyini görən nəzarətçi bu barədə polisi məlumatlandırıb. Polis bölməsinə gətirilən şəxs imtahana gecikməmək üçün maşınla gəldiyini bildirib.

Qeyd edək ki, həmin adam haqqında araşdırma başladılıb və onun imtahanı ləğv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710

Oxşar yazılar