Nyu-Yorkun mərkəzində taksi sürücüsünün avtomobili piyadalarım üzərinə sürməsi nəticəsində 6 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu haqda “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə insident dekabrın 25-də protestantların və katoliklərin qeyd etdiyi Milad bayramı ərəfəsində yerli vaxtla saat 16:00 radələrində Manhettenin mərkəzindəki Herald meydanında baş verib.
Altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.