Suriya yenidən ALOVLANDI:  ölənlər var - VİDEO
07 mart 2025 12:41 (UTC +04:00)

Suriya yenidən ALOVLANDI: ölənlər var - VİDEO

Suriyada Əl -Colani rejimi hakimiyyətə gəldikdən sonra ən böyük problemlə üzləşib. Tartus və Latakiyada onun qüvvələri ilə “Sahil Qalxanı” qrupuna birləşmiş Əsəd rejiminin keçmiş hərbçilərinin mütəşəkkil dəstələri arasında genişmiqyaslı toqquşmalar başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, məlumatlara görə, yeni hökumətin əleyhdarları Əl-Colaninin ordusundan 37 döyüşçünü ələ keçiriblər və hər iki tərəfdən artıq onlarla itki var. Buna cavab olaraq hakimiyyət gecə komendant saatı elan edərək, İdlib və Hələbdən döyüş bölgəsinə əlavə qüvvələr göndərib.

Əl-Colani qüvvələri say baxımından üstünlüyə malikdir və üsyançıların geri çəkilmək imkanından məhrum edərək, sahilyanı əraziləri mühasirəyə almaq niyyətindədir. Üsyanın yatırılması əməliyyatı “Köhnə rejimin qalıqlarının ləğvi” adlanır. Lakin Əsədin devrilməsindən üç ay sonra təşkil olunmuş müqavimət onun tərəfdarlarının hələ də ümidlərini itirmədiyini deməyə əsas verir.

Sahil şəhərlərində baş verən toqquşmalar Suriyanın digər bölgələrində sabitliyi poza bilər və bu, yeni rejim üçün ilk ciddi sınaqdır.

Həmçinin bildirilir ki, Suriya-Livan sərhədində “Hizbullah” yaraqlıları və şiə koalisiyasının tərəfdarları Əl-Colaniyə qarşı fəaliyyət göstərən qüvvələrə dəstək vermək üçün Suriyaya daxil olmağa cəhd ediblər. Buna cavab olaraq “Təhrir əl-Şam” şiə yaraqlılarının sızma yollarını bağlamaq üçün təcili olaraq hərbi vəziyyəti gücləndirib.

“Hizbullah” qüvvələri hücumu gücləndirməyə çalışarsa, sərhəddəki döyüşlər genişmiqyaslı qarşıdurmaya çevrilə bilər.

Bu arada Suriyanın şimalında kürd silahlı dəstələri strateji əhəmiyyət daşıyan Taşrin bəndi ərazisində aktivləşərək əraziyə nəzarəti ələ keçirməyə çalışırlar. Buna cavab olaraq “Təhrir əş-Şam” su qurğularının ələ keçirilməsinin qarşısını almaq üçün əraziyə əlavə qüvvələr göndərib.

Bənd regionun enerji təchizatında əsas rol oynayır və onun itirilməsi “Təhrir əl-Şam”ın mövqelərini xeyli zəiflədə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar