Sudanda bir il ərzində silahlı qarşıdurma zamanı 13 mindən çox insan həlak olub, 30 mindən çox insan yaralanıb.
Lent.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Heysam Məhəmməd İbrahim bildirib.
“Aprelin 15-dən bəri Sudanın Xartum və digər əyalətlərində gedən döyüşlər nəticəsində 13 mindən çox insan həlak olub, 30 mindən çox insan yaralanıb”, - nazir qeyd edib.
Eyni zamanda İbrahim baş verənləri ölkə tarixində “ən böyük fəlakət” adlandırıb.