Rusiya Ukraynanın silah-sursat anbarlarını vurdu
17 mart 2022 20:41 (UTC +04:00)

Rusiya Ukraynanın silah-sursat anbarlarını vurdu

Rusiyanın "Su-25" bombardmançı təyyarələri Ukrayna Silahlı Qüvvələrinin silah-sursatl anbarlarını məhv edib.

Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çerniqov vilayətində edilən bombardman nəticəsində Ukrayna ordusunun 20-yə qədər silah və hərbi texnikası məhv edilib.

Rusiya hərbi təyyarələri həmçinin martın 16-da Ukraynada "S-300" hava hücumundan müdafiə diviziyasını məhv edib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkovun sözlərinə görə, bir gündə operativ-taktiki, ordu və pilotsuz uçuş aparatları 46 hərbi obyekti vurub:

“Onların arasında 11 zenit-raket kompleksi, o cümlədən S-300 diviziyası, 1 reaktiv yaylım atəşi qurğusu, 3 komanda məntəqəsi, 1 elektron döyüş stansiyası, 7 silah-sursat anbarı və 18 hərbi texnikanın toplandığı yer var”.

Bundan əvvəl Konaşenkov bildirib ki, Ukraynanın hərbi infrastrukturuna yüksək dəqiqlikli uzaqmənzilli silah zərbələri nəticəsində Vinnitsadakı rabitə, kəşfiyyat, retranslyasiya və kommutasiya bölmələri sıradan çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2793
avatar

Mehman Nəbiyev

Oxşar yazılar