Rusiya Ukraynada ticarət mərkəzini raketlə vurdu - 13 ÖLÜ  -YENİLƏNİB
28 iyun 2022 00:39 (UTC +04:00)

Rusiya Ukraynada ticarət mərkəzini raketlə vurdu - 13 ÖLÜ -YENİLƏNİB

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən alış-veriş mərkəzinə raket zərbəsi nəticəsində ölənlərin sayı artıb. 

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, hücumda həyatını irtirənlərin sayı 13 nəfərə çatıb. Şəhər administrasiyası yekun rəqəm söyləməyin tez olduğunu bildirib.

Xəstəxanaya yerləşdirilmiş 21 yaralıdan altısının vəziyyəti ağırdır. Otuzadək şəxsə, o cümlədən 2 uşağa ambulator yardım göstərilib. 
 

***

19.12

Rusiya ordusu Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən ticarət mərkəzinə raket zərbəsi endirib. 

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Raket zərbəsi nəticəsində yüzlərlə insanın olduğu ticarət mərkəzi yanmağa başlayıb. 

# 4308
avatar

Oxşar yazılar