Qız futbolçu ilə cinsi əlaqə zamanı  öldü
02 fevral 2024 19:57 (UTC +04:00)

Qız futbolçu ilə cinsi əlaqə zamanı öldü

Braziliyada 19 yaşlı qız futbolçu ilə cinsi əlaqədə olduqdan sonra ölüb. Qızın vajinasında ağır qanaxma olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Livia Qabriele da Silva Matos tibb bacısı təhsili alıb və San-Pauludan olan “Korintians” futbol klubunun azarkeşi olub. 18 yaşlı Dimas Kandido klubun gənclər komandasında çıxış edib. Onlar sosial şəbəkələrdə danışıblar və yanvarın 30-da görüşmək qərarına gəliblər.

Görüş zamanı onlar cinsi əlaqədə olublar. Bu zaman faciə baş verib. Qız huşunu itirəndən sonra oğlan gecə təcili yardım çağırıb. Hadisə yerinə gələn tibb işçiləri qıza süni nəfəs veriblər. Bir neçə dəfə onun ürəyi dayanıb. Qız təcili yardım otağına gətirildikdən qısa müddət sonra ölüb.

Qızın əlaqə zamanı ağır yaralandığı və çoxlu qan itkisindən dünyasını dəyişdiyi bildirilir. Futbolçu spirtli içki və narkotik qəbul etmədiklərini, mənzildə tək olduqlarını bildirib. Polis insidentlə bağlı araşdırma aparır və futbol klubu da rəsmi qurumlarla əməkdaşlığa hazır olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6129
avatar

Oxşar yazılar