HAMAS atəşkəslə əlaqədar israilli girovları azad etməklə bağlı razılaşmaya əməl etmir.
Lent.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.
İsrail Ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransında bildirib ki, HAMAS razılaşmaya əməl etmədiyi üçün İsrail Ordusu Qəzzaya zərbələr endirməyə davam edəcək: “Bu səhərə kimi HAMAS öz öhdəliklərini yerinə yetirməyib və razılaşmaya zidd olaraq bu gün azad edilməsi planlaşdırılan girovların adlarını İsrailə təqdim etməyib. Baş nazir Binyamin Netanyahunun göstərişinə əsasən, HƏMAS öz öhdəliklərini yerinə yetirməyinə qədər atəşkəs qüvvəyə minməyəcək. HƏMAS razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirənə qədər İsrail Ordusu Qəzza zolağına zərbələr endirməyə davam edəcək”.
***
saat 10.50
Razılaşmaya əsasən yerli vaxtla saat 08.30-də Qəzza zolağında atəşkəs qüvvəyə minməli olsa da, hələ də HAMAS azad ediləcək israilli girovların siyahısını təqdim etməyib.
Lent.az-ın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bu gün HAMAS-ın 3 israilli qadın girovun siyahısını təqdim etməli idi.
Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Binyamin Netanyahu HAMAS-ın azad ediləcək girovların siyahısını təqdim etməyəcəyi halda atəşkəsin həyata keçirilməyəcəyini bəyan edib.