Qazaxıstanda məsciddə PARTLAYIŞ:  3 nəfər öldü
17 noyabr 2024 09:47 (UTC +04:00)

Qazaxıstanda məsciddə PARTLAYIŞ: 3 nəfər öldü

Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qazın partlaması nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə TASS-a Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən məlumat verilib.

“1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb”, – məlumatda diqqətə qeyd olunub.

Məlumata görə, xilasedicilər binadan altı qaz balonunu çıxarıblar, ümumilikdə isə yeddi balon olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

Oxşar yazılar