Tunis sahillərində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.
Gəmi Kerkenna adaları yaxınlığında batıb. Qayıqda ümumilikdə 30-a yaxın miqrant olub.
Hadisə yerinə gələn xilasedicilər 6 nəfərin meyitini sudan çıxarıblar. Ölənlərin qadın və uşaq olduğu deyilir.
Sahil Mühafizəsi qüvvələri 20 nəfəri xilas edə bilib. Onların hamısı Tunis vətəndaşlarıdır.
Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.