Putinin böyük qızı BOŞANIR  - SƏBƏB
23 mart 2022 10:19 (UTC +04:00)

Putinin böyük qızı BOŞANIR - SƏBƏB

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Putin gözlənilməz hadisənin şahidi oldu. 

Lent.az Böyük Britaniya mediasına istinadən xəbər verir ki, Putinin böyük qızı Dr. Mariya Vorontsova əri, hollandiyalı iş adamı Jorrit Faassenindən ayrılmaq qərarına gəlib.

Rusiyadan qaçan araşdırmaçı jurnalist Sergey Kanev də Vorontsovanın holland sahibkar Jorrit Faassen ilə ayrılmasının təfərrüatlarını paylaşıb.

"Putin böyük qızına pis xidmət etdi, çünki onun Ukrayna ilə müharibəyə getməsi Qərbin sanksiyalarına səbəb oldu", - Kanev deyib.

Digər tərəfdən “Insider” media platformasını idarə edən Roman Dobroxotov Vorontsovanın Faassendən ayrıldığını açıqlayıb. Ayrılığın müharibədən əvvəl olduğunu irəli sürən Dobroxotov cütlüyün uşaqlarının da olduğunu və “Putin izahat verməsə də, əslində babadır” deyib.

Britaniya mətbuatında çıxan xəbərlərə görə, Vorontsovanın xaricdən gələn imkanlı xəstələr üçün Sankt-Peterburqda tibb mərkəzi açmaq planı müharibə səbəbindən ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13434
avatar

Fidan İlqar

Oxşar yazılar