Təəccüb doğuran hadisə Belçikada baş verib.
Lent.az “Le Matin” saytına istinadla xəbər verir ki, polis təhsil naziri Karolin Dezirin kabinetində axtarış aparıb.
Axtarış zamanı qadın nazirin iş otağından 50 büküm narkotik vasitə aşkar edilib. Təhqiqat zamanı məlum olub ki, nazirin köməkçisi narkotik alveri ilə məşğul olur. O, narkotikləri adətən nazirin iş otağında gizlədirmiş.
Nazir barədə heç bir tədbir görülməsə də, köməkçi işdən azad edilib və barəsində araşdırma aparılır. Onun anası deputatdır.