Polis qadınlara qarşı gözyaşardıcı qaz tətbiq etdi
16 yanvar 2022 22:18 (UTC +04:00)

 Polis qadınlara qarşı gözyaşardıcı qaz tətbiq etdi

Əfqanıstanın paytaxtı Kabildə bir qrup qadın iş və təhsil hüququnun bərpa edilməsi tələbi ilə etiraz aksiyası keçirib.

Lent.az-ın xəbərinə görə, Kabil Universiteti qarşısında keçirilən aksiyada qadınlar əllərində “bərabərlik və ədalət”, “qadın hüquqları insan hüquqlarıdır” yazılmış şüarlar tutublar. 

Polis aksiyaya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir neçə qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 
Aksiyanı çəkən şəxslərin mobil telefonları müsadirə olunub. 
 

# 1983
avatar

Oxşar yazılar