Nazirə təcavüz edən nazir işdən qovuldu
07 sentyabr 2024 11:07 (UTC +04:00)

Nazirə təcavüz edən nazir işdən qovuldu

Braziliya prezidenti Luiz İnasio da Silva insan haqları naziri Silvio Almeydanı cinsi qısnama ittihamı ilə işdən çıxarıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Silvanın “Planalto” sarayında danışıq üçün naziri çağırdığı və söhbətdən sonra onu işdən çıxarmaq qərarına gəldiyi qeyd edilir.

“Prezident cinsi qısnama iddialarının xarakterini nəzərə alaraq nazirin vəzifəsini davam etdirməsini qəbuledilməz hesab edir”, - administrasiyanın bəyanatında deyilir.

Braziliya polisi artıq keçmiş nazirə qarşı istintaqa başlayıb. Yerli media yazır ki, təcavüz epizodları 2023-cü ildə baş verib və zərərçəkənlərdən biri irqi bərabərlik naziri Aniel Franko olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2841
avatar

Oxşar yazılar