Naməlum şəxs 11 nəfərin həyatına son qoydu
12 avqust 2022 22:39 (UTC +04:00)

Naməlum şəxs 11 nəfərin həyatına son qoydu

Monteneqronun Çetinye şəhərində atışma olub.

Lent.az “ABC News”-ə istinadən xəbər verir ki, naməlum şəxsin ətrafdakı insanlara atəş açması nəticəsində 11 nəfər ölüb, daha altı nəfər yaralanıb.

Qeyd olunub ki, 34 yaşlı cinayətkar şəhərin küçələri ilə gedərək yoldan keçənləri güllələyib və yaralıların yanına təcili yardımı buraxmayıb. Bir polis başından yaralanıb.

Məlumata görə, atəş açan şəxs polis tərəfindən öldürülüb.

# 2190
avatar

Oxşar yazılar