Məşhur kosmetoloqun "Rus agenti"   olduğu ortaya çıxdı
22 sentyabr 2023 14:06 (UTC +04:00)

Məşhur kosmetoloqun "Rus agenti" olduğu ortaya çıxdı

İllərdir İngiltərədə kosmetoloq kimi tanınan və mükafatlar alan Vanya Qaberovanın “Rusiya agenti” ittihamı ilə saxlanılması şok yaradıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə kosmetoloq kimi böyük reputasiyaya malik Bolqarıstan vətəndaşı Vanya Qaberovanın “Rusiya agenti” olmaqda ittihamı ölkədə gündəm mövzusuna çevrilib.

İngiltərədə aparılan hərtərəfli araşdırma çərçivəsində 3 Bolqarıstan vətəndaşı Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. İllərdir burada yaşayan və müxtəlif işlərdə çalışan şübhəlilərin Rusiya üçün İngiltərədə dövlət sirlərini əldə etməyə çalışdıqları bildirilib.

Daha sonra ölkədə aparılan istintaq çərçivəsində saxlanılan iki nəfərdən birinin İngiltərədə illərdir gözəllik mütəxəssisi kimi şöhrət və mükafatlar qazanmış Vanya Qaberova olduğu ortaya çıxıb. 

“Pretty Woman” adlı gözəllik şirkətinin sahibi olan 29 yaşlı Qaberova xüsusilə kipriklərə qulluq mövzusunda verdiyi təlimlə İngiltərə, Bolqarıstan və Rusiyada bir çox mükafatlar qazanıb. 

Qaberovadan başqa Orlin Russev, Bizer Cambazov, Katrin İvanova və İvan Stoyanov da 2020-2023-cü illər arasında “düşmən dövlətlərin xeyrinə olacaq məxfi məlumat əldə etməyə cəhd” ittihamı ilə saxlanılanlar arasındadır. Şübhəlilər gələn həftə məhkəmə qarşısına çıxacaqlar.

Qeyd edilir ki, yaşadığı Akton bölgəsində “istedadlı gözəllik mütəxəssisi” kimi tanınan Qaberova üzvü olduğu gizli kəşfiyyat şəbəkəsi vasitəsilə əldə etdiyi həssas məlumatları Rusiyaya ötürməkdə təqsirli bilinir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 90273

Oxşar yazılar

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50
Yeni Papanın kimliyi məlum oldu - VİDEO  - YENİLƏNİB

Yeni Papanın kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

8 may 2025 , 21:26
Rusiya Ukraynada müharibəni DAYANDIRDI

Rusiya Ukraynada müharibəni DAYANDIRDI

8 may 2025 , 14:55
Tələbə universitetə balta ilə HÜCUM ETDİ:  qadının başını kəsdi

Tələbə universitetə balta ilə HÜCUM ETDİ: qadının başını kəsdi

8 may 2025 , 13:45
İngiltərədə 5 iranlı terrora görə  TUTULDU

İngiltərədə 5 iranlı terrora görə TUTULDU

8 may 2025 , 13:03
Pakistanda bir neçə partlayış  baş verdi

Pakistanda bir neçə partlayış baş verdi

8 may 2025 , 07:54
Dəhşətli avtobus qəzası 12 can aldı

Dəhşətli avtobus qəzası 12 can aldı

8 may 2025 , 06:55