Maraqlananların NƏZƏRİNƏ : Bu şəhərdə 300 min işçiyə ehtiyac var
03 iyun 2021 11:09 (UTC +04:00)

Maraqlananların NƏZƏRİNƏ: Bu şəhərdə 300 min işçiyə ehtiyac var

Rusiyanın paytaxtı Moskva şəhərində 300 min əməkçi miqranta ehtiyac var.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Moskva merinin müavini Vladimir Yefimov bildirib. 

Onun bildirdiyinə görə, əsasən təmizlik, ictimai iaşə, tikinti sektorlarında miqrant qıtlığı hiss edilir.

Yefimov jurnalistlərə açıqlamasında miqrantların iş icazəsi almaları üçün hazırda tətbiq olunan mexanizmin sadələşdiriləcəyini də ümid etdiyini deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Oxşar yazılar