Kirayə ev qalmadı...  - Antalyada qiymətlər pik həddə
03 may 2022 17:00 (UTC +04:00)

Kirayə ev qalmadı... - Antalyada qiymətlər pik həddə

2022-ci ilin əvvəlindən Antalyada əmlak qiymətləri bir il əvvəlki ilə müqayisədə iki dəfədən çox artıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Antalya Ticarət və Sənaye Palatasının rəhbəri Davut Çətin deyib.

Onun sözlərinə görə, əcnəbilərin bu kurort şəhərində əmlaka tələbatının artması səbəbindən kirayə üçün demək olar ki, heç bir mənzil qalmayıb.

“Bizdə daşınmaz əmlak bazarında real qiymət bumu var. Antalya mənzil qiymətlərinin artımı baxımından ənənəvi olaraq Türkiyənin ən bahalı şəhəri hesab edilən İstanbulu geridə qoyub. Tələb artımı 2021-ci ildə standart bazar qiymətlərini 210-220% üstələyib”, – deyə iş adamı bildirib.

O bildirib ki, Antalyada kirayə qiymətlərinin pik həddi Ukrayna böhranının əvvəlində baş verib:

“Əcnəbilər ayda 2000 dollar olmaqla birillik kirayə haqqını əvvəlcədən nağd ödəyirlər. Bu isə yerli vətəndaşlar üçün problem yaradır. Antalyalılar üçün min dollar və ya daha çox kirayə haqqı çox bahadır, demək olar ki, əməkhaqlarının böyük bir hissəsini təşkil edir”.

Türkiyə İstehlakçılar Birliyinin şöbə müdiri Neşet Gündüz isə əlavə edib ki, ilin əvvəlindən indiyədək 1,8 minə yaxın insan bazardakı vəziyyətdən istifadə edərək kirayə haqlarını artıran ev sahibləri ilə bağlı təşkilata şikayət edib:

“Xarici vətəndaşlara daşınmaz əmlak satışını dayandırmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Oxşar yazılar