Keçmiş sevgilisini barda işlədiyinə görə dişlədi
30 yanvar 2024 12:12 (UTC +04:00)

Keçmiş sevgilisini barda işlədiyinə görə dişlədi

ABŞ-da kişi keçmiş sevgilisini işinə görə dişləyib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, San Antoniodan olan 34 yaşlı David Morin 2022-ci ilin dekabrında qızla görüşməyə başlayıb. 2023-cü il iyulun əvvəlində cütlük münasibətlərinə son qoyub və Morin əşyalarını qızın mənzilindən çıxarıb. İki həftə sonra, iyulun 23-də Morin naməlum səbəbdən keçmiş partnyoruna zəng edib, lakin o, onun zənglərinə məhəl qoymayıb. Sonra gecə saat 1 radələrində kişi qızın mənzilinə soxulub.

İçəri girdikdən sonra otaqların birində iş müqaviləsi tapıb. Müqavilədə göstərilib ki, keçmiş sevgilisi striptiz klubunda işləyir. Bu səbəbdən keçmiş sevgililər arasında mübahisə başlayıb. Birdən Morin qadının boynundan tutub boğmağa başlayıb. Sonra boynunu buraxıb, ortağının çiyinlərindən tutub burnunu dişləyib. Bundan sonra həmin şəxs hadisə yerini tərk edib.

Qadın xəstəxanaya gedib. Orada zərərçəkmişə plastik əməliyyata ehtiyacı olduğu bildirilib.

Morin yalnız 2024-cü ilin yanvarında həbs edilib. O, qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunaraq hazırda həbsdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4683
avatar

Oxşar yazılar