“Facebook”un yaradıcısı Mark Zukerberq və həyat yoldaşı Prissilla Çana məxsus şirkətlərdən birinin sabiq əməkdaşları keçmiş sahiblərini məhkəməyə veriblər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, keçmiş əməkdaşlar onları seksual zorakılıqda və diskriminasiyada ittiham edir.
Cinsi azlıqların nümayəndələri olan iddiaçılar həm oriyentasiyalarına, həm də dərilərinin rənginə görə təzyiqlərə məruz qaldıqlarını bildiriblər.
Məhkəmə prosesində “Facebook” təmsilçisi iştirak etməyib. Prissilla Çanın nümayəndəsi isə öz növbəsində ittihamların sübuta yetirilə bilməyəcəyini deyib.