İmamoğlunun diplomu  universitetin məlumat bazasından silindi
06 may 2025 17:56 (UTC +04:00)

İmamoğlunun diplomu universitetin məlumat bazasından silindi

İstanbul Universiteti korrupsiya və Türkiyədə terror təşkilatı sayılan Kürdüstan Fəhlə Partiyasına yardım ittihamı ilə həbs edilən İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun diplomunu öz məlumat bazasından çıxarıb.

Lent.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Siyasətçinin ali təhsil diplomu haqqında məlumat axtarışı zamanı, universitetin məlumat bazası yalnız orta məktəbi bitirmə şəhadətnaməsi haqqında məlumat verir.

Türkiyə konstitusiyasına görə, prezidentliyə yalnız ali təhsil diplomu almış vətəndaşlar namizəd ola bilər. Sənədin silinməsi ilə əlaqədar İmamoğlu dövlət başçısı postuna namizəd kimi qeydiyyatdan keçə bilməyəcək.

Martın 23-də məhkəmə İmamoğlunu həbs edib. O, Türkiyənin hazırkı rəhbəri Rəcəb Ərdoğanın əsas siyasi rəqibidir və müxalifət tərəfindən prezident seçkilərində gələcək namizəd kimi qiymətləndirilib. Onun həbsindən sonra İstanbul və digər şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Polis nümayişçilərə qarşı su şırnaqlarından və qazdan istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1568

Oxşar yazılar

Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22