Meksikanın şimal-qərbində qoşqulu nəqliyyat vasitəsi ilə ikimərtəbəli avtobus toqquşub.
Lent.az xəbər verir ki, bu barədə “Diario de Mexico” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində 20 nəfər ölüb, 22-si isə yaralanıb.
Qəza Sinaloa ştatının Kulakan-Masatlan şəhərləri arasındakı magistralda baş verib.
Hadisə ilə bağlı magistralda nəqliyyatın hərəkəti dayanıb.