Həşəratlara qarşı amansız PUA 
11 mart 2021 14:59 (UTC +04:00)

Həşəratlara qarşı amansız PUA 

Son 26 ildə güclü çəyirtkə hücumu Hindistan hakimiyyətini müvafiq addımlar atmağa sövq edib.

Lent.az “Times of India” nəşrinə istinadən xəbər verir ki, yerli hökumət çıxış yolunu sözügedən həşəratlara qarşı pilotsuz uçuş aparatları (PUA) hazırlamaqda görüb.

Qərbi Rajastan əyalətində vəziyyət daha dözülməz idi. Burada günorta saatlarında göy üzü çəyirtkələrlə elə bağlanırdı ki, sanki axşamdır.

Elə bu səbəbdən də məqsədli şəkildə ixtira edilmiş 30 çevik pilotsuz təyyarələr əyalətin inzibati mərkəzi olan Jaypurda havaya qalxdı. PUA-lar çəyirtkə sürüləri üzərində uçur və zərərvericilərə yuxarıdan kimyəvi maddələrlə zərbə endirirdi

Bu sınaq çox təsirli oldu: pilotsuz aparatlar həm havada, həm də yerdə çəyirtkələrə qarşı amansız oldu.
Qısa müddətdə digər əyalətlərdə - Pəncab, Qucarat və Madhya Pradeşdə çəyirtkələrə qarşı “cəbhə açıldı”. İlk həmlədə 47 308 hektar ərazi təmizləndi. 

Qeyd edək ki, keçən il Dünya Bankı həşəratlardan ziyan çəkən əyalətlərə 500 milyon dollar ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Rəsul SARI

Oxşar yazılar