Hava limanında eniş zamanı An-124 yük təyyarəsinin şassisi yandı
27 mart 2025 08:43 (UTC +04:00)

Hava limanında eniş zamanı An-124 yük təyyarəsinin şassisi yandı

Rusiyanın Mineralnıye Vodı hava limanında eniş zamanı An-124 yük təyyarəsinin şassisi yanıb.

APA xəbər verir ki, bu haqda “112” “Telegram” kanalında hadisənin videogörüntüləri yayılıb.

Kanalda həmçinin qeyd olunub ki, hadisə zamanı baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təyyarənin 8 nəfərlik heyəti xəsarət almayıb. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar