Fərəh Pəhləvidən xalqa MÜRACİƏT
28 sentyabr 2022 13:07 (UTC +04:00)

Fərəh Pəhləvidən xalqa MÜRACİƏT

İranın sonuncu şahının həyat yoldaşı Fərəh Pəhləvi xalqa müraciət edib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, keçmiş şahın həyat yoldaşı Fərəh Pəhləvi bu gün yaydığı müraciətdə ordu və təhlükəsizlik qüvvələrinə çağırış edib. Çağırışda onları öz həmvətənlərini təqib etməyi və qan tökməyi dayandırmağa səsləyib.

Müraciətdə deyilir: “Mən bir ana adı ilə bütün polis qüvvələrinə, orduya, SEPAH, “bəsicilərə”, mülki geyimli hökumət güclərinə və hər hansı düşüncəyə sahib olan digərlərindən xahiş edirəm ki, əllərini öz həmyerli gənclərinin qanına daha çox bulaşdırmasınlar”.

İranın sonuncu kraliçası etirazçılara da xitabən bildirib: “Narahatlıq və ümidlə mən sizin dastanlarınızı aldanmış qara qüvvələrlə qarşıdurmada saatbasaat izləyirəm”.

# 3798
avatar

Fidan İlqar

Oxşar yazılar