Erməni kriminal avtoritet məhkumları  Ukrayana qarşı müharibəyə cəlb edir
05 dekabr 2024 15:00 (UTC +04:00)

Erməni kriminal avtoritet məhkumları Ukrayana qarşı müharibəyə cəlb edir

Ukrayna Təhlükəsizlik Xidməti və Milli Polis Donetsk vilayətinin müvəqqəti işğal olunmuş hissəsində gizlənən və FSB ilə əməkdaşlıq edən kriminal avtoritet Armen Sarkisyanın yeni cinayətlərini sənədləşdirib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, genişmiqyaslı müharibə başlayandan sonra cinayətkar FSB-dən Ukraynaya qarşı müharibə üçün yeni silahlı birləşmə yaratmaq tapşırığı alıb. Sarkisyanın başçılıq etdiyi döyüş qrupu “ArBAT”ın ayrı-ayrı xüsusi təyinatlı batalyonu adlandırılıb.

Qeyd edilir ki, qrupun əsasını adam öldürmə, quldurluq və digər ağır cinayətlərə görə məhkum olunmuş residivistlər təşkil edir.

Rusiya xüsusi xidmət orqanları məhbusları cəlb etmək üçün Sarkisyanı Donetsk vilayətinin müvəqqəti işğal olunmuş hissəsindəki həbsxanaların qondarma “nəzarətçisi” təyin edib.

Ukrayna Təhlükəsizlik Xidməti əks-kəşfiyyatının məlumatına görə, əvvəlcə “ArBAT” Donetsk vilayətində Toretsk istiqamətində döyüşüb, sonra isə qrup Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə basqın etmək üçün Kursk vilayətinə keçirilib.

Bundan əlavə, hesabata görə, Sarkisyan nəzarət edilən birliklərdən istifadə edərək cəbhə xəttində Rusiya hərbçilərinin ehtiyacları üçün termal kameralar, yanacaq və tikinti materialları alır.

Sübut materialları əsasında Təhlükəsizlik Xidmətinin müstəntiqləri Sarkisyana qiyabi olaraq Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə şübhələr barədə ittiham veriblər.

İstintaqı Donetsk və Luqansk vilayətlərində Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları Milli Polislə birlikdə Donetsk vilayət prokurorluğunun prosessual rəhbərliyi altında aparıblar.

Qeyd olunur ki, "Armen Horlovski" kimi tanınan Armen Sarkisyan Ukraynın keçmiş prezidenti Viktor Yanukoviçin yaxın çevrəsinin üzvüdür və 2014-cü ilin may ayından Kiyevin mərkəzində qətllərin təşkilinə görə beynəlxalq axtarışdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2392

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23