Dünyanın  ən yaşlı sakini   bu ölkədə yaşayır - 130 yaşı var
12 sentyabr 2025 16:25 (UTC +04:00)

Dünyanın ən yaşlı sakini bu ölkədə yaşayır - 130 yaşı var

0

Özbəkistanın Ədliyyə Nazirliyi 130 yaşlı Xuvaydo Umarovanı Yer kürəsinin ən yaşlı sakini kimi rəsmi tanıyıb. Nazirliyin yaydığı məlumata görə, uzunömürlünün Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün də müraciət olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məhkəmə qadının doğum tarixini 1895-ci il, 1 yanvar kimi təsdiqləyib.

Стало известно, где живет самая возрастная жительница Земли

“İndiyədək onun yaşını təsdiqləyən sübutlar yox idi. İndi isə Xuvaydo Umarova rəsmi şəkildə Özbəkistanın ən yaşlı sakini hesab olunur,” -  Nazirliyin rəsmi Telegram kanalında bildirilib.

Uzunömürlülərdən maraqlı faktlar

Bu xəbərin fonunda dünyanın digər uzunömürlüləri də diqqət çəkir. Böyük Britaniyada yaşayan Frənk Çester bu il aprelin 10-da 108 yaşını qeyd edib. O, uzun ömür sirrini həyat boyu şalvarı oturaraq geyinməsinə bağlayıb.

Bundan başqa, digər bir yüzyaşlı kişi psixiatr Maks Pembertona 11 uzunömürlülük sirri barədə danışıb və əsas amilin düzgün dünyagörüşü və müsbət düşüncə olduğunu vurğulayıb.

Bu xəbərlər bir daha sübut edir ki, uzun ömrün sirri yalnız genetikada deyil, həm də həyat tərzi və psixoloji yanaşmada gizlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar