Britaniyalılar üçün II Yelizavetanın tacqoyma mərasimindən 60 il keçməsi xüsusilə mühüm hadisədir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun şərəfinə, Böyük Britaniyadan lüks çarpayılar istehsal edən bir şirkət unikal və ekstravaqant bir şey etmək qərarına gəlib.
60 dəbdəbəli Kral çarpayısının yaradılması qərara alınıb. Kral çarpayısının hazırlanması üzərində işləyən dizayner 17-ci əsrdə Britaniya kral ailəsi üçün xüsusi olaraq hazırlanmış çarpayıdan ilhamlanıb. İstehsalçılar öz nailiyyətlərini Londonda "Kensington Place" sərgisində nümayiş etdiriblər.
Belə bir “kral çarpayısının” qiyməti 175.000 ABŞ dolları idi. Bu məbləğ dünyada ən yüksək qiymətlərdən biridir. Lakin kral çarpayılarının Ginnesin Rekordlar Kitabına düşməsinə səbəb olan qiymət idi.