Dövlət qurumlarına "Facebook"dan istifadə qadağan edilə bilər
22 aprel 2024 02:24 (UTC +04:00)

Dövlət qurumlarına "Facebook"dan istifadə qadağan edilə bilər

Niderland hakimiyyəti dövlət qurumlarına "Facebook" sosial şəbəkəsindən istifadə etməməyi tövsiyə edib.

Lent.az xəbər verir ki, bu barədə Niderlan Hökuməti məlumat yayıb.

Məlumatların Mühafizəsi İdarəsi bildirib ki, dövlət orqanları "Facebook"dan əhali ilə əlaqə kanalı kimi istifadə etməməlidir.

Bildirilib ki, hökumət səhifələrinə daxil olan vətəndaşların şəxsi məlumatları ilə bağlı müəyyən anlaşılmazlıqlar var.

Onların kimliyi ilə bağlı dəqiq təsəvvür yoxdur.

Bu xüsusilə yetkinlik yaşına çatmayanlara aiddir.

Agentliyin bəyanatında deyilir ki, dövlətin "Facebook"dan istifadə risklərini mümkün qədər tez aradan qaldırması lazımdır.

Bu cür tədbirlər görülməzdən əvvəl dövlət qurumlarına bu sosial şəbəkədən istifadə etməmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

Oxşar yazılar