Dostunun hədiyyəsini yeyib öldü
01 fevral 2024 10:38 (UTC +04:00)

Dostunun hədiyyəsini yeyib öldü

Braziliyada bir nəfər yaxın dostunun hədiyyə etdiyi fuqu balığını yedikdən sonra ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 46 yaşlı Maqno Qomez tərkibində 30 nəfəri öldürəcək qədər zəhər olan ölümcül delikatesin qurbanı olub. Onun bir dostunun mənşəyi məlum olmayan hədiyyəsi ölümcül olub.

Maqno və dostu balığın ölümcül təhlükəsindən xəbərsiz olaraq yeməyi özləri hazırlayıblar.

Mərhumun bacısı Mirianın bildirdiyinə görə, yeməkdən az sonra hər iki dost özünü pis hiss etməyə başlayıb, Maqno isə ağzında hisslərini itirib. O, təcili olaraq xəstəxanaya çatdırılıb. Yolda vəziyyəti pisləşib və ürəyi müvəqqəti dayanıb.

Onun iztirablarının səbəbi sianiddən minlərlə dəfə zəhərli və antidotu olmayan kirpi balığının qaraciyərində, eləcə də cinsi vəzilərindəki güclü toksin olan tetrodotoksindir.

35 gün xəstəxanada qaldıqdan sonra o, yanvarın 27-də dünyasını dəyişib. Bu müddət ərzində Maqnonun bədəni zəhərin təsirindən iflic vəziyyətinə düşüb.

Maqnonun dostu, vəziyyətinin ağır olmasına baxmayaraq, sağ qalıb. Lakin nevroloji nəticələrə görə hərəkət etməkdə çətinlik çəkir.

Qeyd olunur ki, fuqu balığını qiymətli olduğu Yaponiyada onu yalnız təlim keçmiş aşpazlar hazırlaya bilir. Maqno kimi həvəskarların yeməyi isə çox vaxt faciə ilə başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4302
avatar

Oxşar yazılar