"Disney"in əməkdaşlarına ŞOK İDDİA  - azyaşlıları...
23 mart 2022 09:58 (UTC +04:00)

"Disney"in əməkdaşlarına ŞOK İDDİA - azyaşlıları...

Florida ştatında "Disney"in dörd əməkdaşı pedofiliya (azyaşlıları cinsi istismar edən) və insan alverində şübhəli bilinərək həbs olunub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həbslər altı gün davam edən əməliyyat nəticəsində baş verib.

14 yaşlı qızın "Disney"ə məxsus istirahət mərkəzlərinin birində işləyən xilasedici ilə yazışmaları araşdırılıb. Məlum olub ki, həmin şəxs vəzifəsindən istifadə edərək azyaşlı ilə nalayiq ifadələrlə yazışıb, sonra isə ona çılpaq fotolarını göndərib.

Bununla yanaşı, şirkətin daha üç əməkdaşı pedofiliyada ittiham olunub. Onlardan ikisi İT mütəxəssisi, biri isə şirkətin "Starlight Cosmic Ray" kafesində çalışıb.

Həbslərin ardından "Disney" üç işçisini ödənişsiz məzuniyyətə göndərib, digər təqsirləndirilən şəxsi isə tanımaqdan imtina edib. Əməliyyat zamanı ümumilikdə 108 nəfər tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Fidan İlqar

Oxşar yazılar