"Delta" ştammı 163 ölkədə yayıldı - SON VƏZİYYƏT
25 avqust 2021 09:34 (UTC +04:00)

"Delta" ştammı 163 ölkədə yayıldı - SON VƏZİYYƏT

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 214 008 667 nəfərə çatıb.

Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, koronavirusdan 4 465 557 xəstə ölüb, 191 507 246 nəfər sağalıb.

Xatırladaq ki, Azərbaycanda indiyədək ölkədə ümumilikdə 398 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 454 nəfər müalicə olunaraq sağalıb, 5 370 nəfər vəfat edib, aktiv xəstə sayı 44 210 nəfərdir.

Məlumat üçün bildirək ki, ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda qeydə alınan “Delta” ştammının yayılma coğrafiyası 148 ölkədən 163 ölkəyə qədər genişlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar