DƏHŞƏT:  Tribuna uçdu 4 nəfər öldü yüzlərlə   yaralı var - VİDEO
27 iyun 2022 01:07 (UTC +04:00)

DƏHŞƏT: Tribuna uçdu 4 nəfər öldü yüzlərlə yaralı var - VİDEO

Kolumbiyanın El Espinal bələdiyyəsində öküz döyüşündə tamaşaçıların olduğu tribunanın uçması nəticəsində azı 4 nəfər ölüb, 60 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Tolima departamentinin qubernatoru Xose Rikardo Orozko məlumat verib.

“Biz Tolima Departamentinin xəstəxana sistemini yüksək hazırlıq vəziyyətinə gətirdik. Hazırda dörd ölüm məlumdur, yaralıların sayı 60 nəfəri ötüb”, - o, “Blu Radio”-ya bildirib.

Kolumbiyanın “El Tiempo” qəzetinin məlumatına görə, tribunanın çökməsi nəticəsində ən azı 500 nəfər xəsarət alıb.

 Xilasedicilər hadisə yerindədir.

# 1326
avatar

Oxşar yazılar