Çinin xeyrinə casusluqda şübhəli bilinən, Hindistanın Mumbay şəhərində saxlanılan və 8 ay baytarlıq klinikasında saxlanılan göyərçin nəhayət ki, sərbəst buraxılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Hindistanın Parel rayonunda yerləşən Bay Sakarbay Dinşau Petit Hospital baytarlıq mərkəzi bazar ertəsi, yanvarın 29-da yerli hüquq-mühafizə orqanlarından göyərçini təbiətə buraxmaq üçün icazə istəyib. Elə ertəsi gün, yanvarın 30-da baş həkim Kulkarni, Mumbaydakı polis idarəsindən icazə aldıqdan sonra quşu buraxıb.
Göyərçin ötən ilin may ayında Çemburdakı Pir Pau körpüsündə polis tərəfindən ələ keçirilib və onun ayağında iki üzük - biri misdən, digəri alüminiumdan olub. Qanadlarının içərisində isə Çin hərfləri ilə yazılmış simvollar olub.
Əvvəlcə cinayət işi açılsa da, müstəntiqlər göyərçinin Tayvanda yüksək su yarışında istifadə edildiyini və Hindistanda baş verən hadisələrdən birində təsadüfən sərhədi keçdiyini müəyyən etdikdən sonra casusluq ittihamı ləğv edilib. Polisdən icazə alındıqdan sonra quş xəstəxanadan buraxılıb. Həkimin sözlərinə görə, xəstəxanada quşun sağlamlığının tam bərpa olunduğu təsdiqlənib.