Bunlar qadağan olunur?   Botoks, dodaq dolğusu, kirpik...
14 aprel 2022 18:59 (UTC +04:00)

Bunlar qadağan olunur? Botoks, dodaq dolğusu, kirpik...

Türkmənistanda botoks tətbiqinə qadağa qoyula bilər. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, botoksla yanaşı, dodaq dolğusu, üzdəki qırışların aradan qaldırılması, kirpiklərin uzadılması və dırnaq qoyulmasına da icazə verilməyəcək. 

Bu qadağaları pozan gözəllik salon sahiblərini və müştəriləri isə cərimələrlə yanaşı, 15 gün həbs də gözləyir. 

Xatırladaq ki, ötən ay Türkmənistanda vaxtından əvvəl prezident seçkisi keçirilmiş və sabiq prezident Qurbanqulu Berdımuxammedovun oğlu Sərdar Berdımuxammedov prezident postuna gətirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3204
avatar

Sevinc Fərid

Oxşar yazılar