Bu ölkədə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edildi
19 avqust 2022 01:22 (UTC +04:00)

Bu ölkədə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edildi

Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin meşə yanğını ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

Lent.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

O vurğulayıb ki, fövqəladə vəziyyətin tətbiqi hadisənin aradan qaldırılması üçün əlavə qüvvə və vasitələrin, işləyən insanların qida və su ilə təmin edilməsinə vəsaitin ən səmərəli şəkildə ayrılmasına imkan verəcək.

Nikitin qeyd edib ki, ərazi fövqəladə hallar sisteminin bütün mümkün qüvvələri tərəfindən nəzarətdədir.

Tümendən hava-desant qoşunlarının cəlb edilməsi planlaşdırılır.

# 948
avatar

Oxşar yazılar