Bu ölkədə koronavirus peyvəndi əleyhdarları  həbslə hədələndi
24 iyun 2021 10:37 (UTC +04:00)

Bu ölkədə koronavirus peyvəndi əleyhdarları həbslə hədələndi

Koronavirus infeksiyasına qarşı peyvənddən yayınan Filippin vətəndaşlarının həbs oluna biləcəyi ehtimalı var.

Lent.az xarici mediaya sitinadla bildirir ki, bu açıqlamanı dövlət başçısı Rodriqo Duterte ölkə əhalisinə ünvanlayıb. O, peyvənddən imtina edəni həbsxanaya göndərməklə hədələyib.

Duterte'nin belə reaksiyasına COVID-19-un kütləvi yayılması səbəb ola bilər.

Məlumata görə, epidemiyaya yoluxma Asiyada ən pis həddə çatıb. 

Dövlət başçısı açıqlamasında qeyd edib: “Seçim sizindir: ya peyvəndlənəcəksiniz, ya da mən sizi həbsxanaya göndərəcəyəm”.  

Bununla belə, ölkənin səhiyyə sistemi əhalini peyvəndlənməyə çağırsa da, eyni zamanda bu prosedurun könnülü olduğunu da xatırladır. 

Ancaq ölkə əhalisinin öz təhlükəsizliyinə qarşı belə münasibət dövlət başçısını qıcıqlandırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Oxşar yazılar