Bu ölkədə 13 nazir dəyişdi
13 avqust 2022 21:57 (UTC +04:00)

Bu ölkədə 13 nazir dəyişdi

Misirdə 13 nazir dəyişikliyi baş verib.

Lent.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Misir parlamenti bu gün keçirilən plenar iclasda prezident Əbdülfəttah əs-Sisinin təqdim etdiyi 13 nazirlikdə edilən dəyişiklikləri təsdiqləyib.

Nazirlər Kabinetinin yenidən formalaşmasını nəzərdə tutan bu dəyişiklik ilk növbədə səhiyyə, aviasiya, immiqrasiya, yerli inkişaf və təhsil sahəsini əhatə edir.

Xatırladaq ki, Misir prezidenti Sisi, baş nazirlə görüşdən sonra razılaşdırılan kabinet dəyişikliyini müzakirə etmək üçün parlamenti toplanmağa çağırıb.

Sözügedən dəyişikliyin hökumətin maraq və imkanlarının qorunmasına töhfə verəcəyi ifadə olunub.

# 825
avatar

Oxşar yazılar