Bill Qeyts:  "Bir də olsa, yenə də onunla evlənərdim..."
03 may 2022 20:21 (UTC +04:00)

Bill Qeyts: "Bir də olsa, yenə də onunla evlənərdim..."

Bill Qeyts 27 il evli olduğu keçmiş həyat yoldaşı Melinda Qeytslə bitən evliliyindən danışıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Geyts keçmiş həyat yoldaşı ilə evliliyinin “Möhtəşəm” olduğunu bildirərək, onunla "yenidən evlənərdim” deyib.

66 yaşlı Qeyts vurğulayıb ki, uşaqlar böyüyüb ailə evindən ayrıldıqdan sonra hər evlilik "çevrilmə" kimidir.

“Təəssüf ki, boşanma adlanan bu transformasiyadan keçdim. Mənim nöqteyi-nəzərdən çox gözəl bir evlilik idi. Məndən asılı olsaydı, getməzdim. Bilirsiniz, mən başqası ilə evlənməyi seçməmişəm” o, əlavə edib.

Yenidən evlənəcəkmisiniz sualına Qeyts belə cavab verib:

“Mən yenə də Melinda ilə evlənərdim, mən bundan danışıram. Gələcəyimlə bağlı heç bir planım yoxdur, amma evlənməyi çox tövsiyə edirəm”.

Qeyd edək ki, Bill və Melinda cütlüyü 2021-ci ildə evliliklərini rəsmi olaraq bitiriblər.

Cütlüyün sərvəti bərabər bölünüb və Melinda Qeyts məşhur iş adamının soyadını istifadə etməyə davam edir.

Geytsin evliliyi zamanı qadınlarla görüşlərini gizlətmək üçün nəqliyyat vasitələrini dəyişdirdiyi və Melinda Qeytsin ərini detektiv izlədiyi iddia edilirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Fidan İlqar

Oxşar yazılar