ABŞ-da baş verən hadisə dünyanı sarsıdıb. Belə ki, Castin Mon adlı şəxs ölkə prezidenti Co Baydenə etiraz olaraq, iyirmi illik təcrübəyə malik federal agentliyin keçmiş əməkdaşı olan atasının başını kəsib. O, atasının kəsilmiş başını canlı yayımladıqdan və “YouTube”da göstərdikdən sonra qalmaqal yaranıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Mon atasını vətənə xəyanətdə ittiham edib. Mediada qarşıdan gələn prezident seçkilərinə diqqətin artması və ruhi xəstəlik Monun özünü ABŞ-ın yeni lideri elan etməsinə səbəb olub. Bundan sonra ona qarşı ittiham irəli sürülüb.
Belə ki, yanvarın 30-da “YouTube”da 32 yaşlı Monun Co Bayden administrasiyasının siyasətini kəskin tənqid etdiyi, onu cəmiyyəti parçalamaqda və miqrantların ölkəni məhv etdiyini iddia etdiyi 14 dəqiqəlik video yayımlanıb. O, FTB və Ədliyyə Nazirliyinin əsas fiqurlarının rəhbərlərinə bir milyon dollar vəd edərək, məmurlar arasında nizam-intizamın bərpa olunmasının zəruriliyini bəyan edib.
Mon Amerika arzusunun əksəriyyət üçün əlçatmaz hala gəldiyini ifadə edərək, “Microsoft”u vergidən yayınmaqda və tənzimləyici orqanları onun şikayətlərinə məhəl qoymamaqda günahlandırıb. O, Amerikadakı vəziyyəti yalnız döyüşməklə düzəldə biləcəyini deyib və bundan sonra atasının başını göstərərək onu satqın adlandırıb.
Video altı saatdan sonra silinib, lakin o vaxta qədər polis artıq Monun evində atasının başsız cəsədini tapıb. Mon qətldə ittiham olunub.
Hadisədən əvvəl Mon uğursuzluqlarını hökumətin üzərinə yıxmağa çalışıb.
Mon həmçinin sui-qəsdlər, satanizm, ABŞ-ın dağılması, qarşıdan gələn inqilab mövzularında şeirlər və mahnılar yazmaqdan, onları internetdə yerləşdirməkdən və şeirlər toplusu nəşr etməkdən həzz alıb.